وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِيَذَّكَّرُوا وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا
Məmmədəliyev & Bünyadov
İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Qur’anda (Allahın vəhdaniyyət əqidəsini cürbəcür dəlillərlə, müxtəlif misallarla) izah etdik. Lakin (bu izahat) onların yalnız nifrətini artırdı (islamdan daha çox üz döndərdilər).
Musayev
Biz bu Quranda dinin ehkamlarını izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu onların yalnız nifrətini artırır.