وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَلَيْسَ هَٰذَا بِالْحَقِّ ۖ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
Məmmədəliyev & Bünyadov
Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını dadacaqları) gün (onlardan soruşulacaqdır): “Məgər bu (daddığınız əzab) doğru deyilmi?!” Onlar: “Bəli, Rəbbimizə and olsun (ki, doğrudur)!” – deyə cavab verəcəklər. (Allah) buyuracaqdır: “Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!”
Musayev
Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara: “Məgər bu, həqiqət deyilmi?”– deyiləcəkdir. Onlar: “Bəli, Rəbbimizə and olsun ki, həqiqətdir!”– deyəcəklər. Allah da: “Küfr etdiyinizə görə dadın əzabı!”– deyəcəkdir.
: