وَإِذَا جَاءَتْهُمْ آيَةٌ قَالُوا لَنْ نُؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللَّهِ ۘ اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ ۗ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُوا صَغَارٌ عِنْدَ اللَّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُوا يَمْكُرُونَ
Məmmədəliyev & Bünyadov
Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, mö’cüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!
Musayev
Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab çəkəcəklər.
: